Manşet

Azərbaycanda yoluxanlar yenə sağalanları üstələdi – STATİSTİKA

Azərbaycanda yoluxanlar yenə sağalanları üstələdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 78 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 7times.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 336557 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330513 nəfər müalicə olunaraq sağalıb, 4978 nəfər vəfat edib, aktiv xəstə sayı 1066 nəfərdir.

Ölkədə son sutka ərzində 9952, hazırkı dövrədək isə 3802992 test aparılıb.