Ölkə

Azərbaycanın su ehtiyatları azalır – Nazirlik

Azərbaycanın su ehtiyatları azalır – Nazirlikbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ölkəmizdə fəaliyyət göstərən 140-dan çox su anbarında 21,9 milyard kubmetrə qədər su var”.

7times.az-ın məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov danışıb. Şöbə müdiri söyləyib ki, həmin su anbarlarında kifayət qədər su ehtiyatı toplanıb:

“Son dövrlər yağıntıların az olması anbarlarda suyun azalmasına səbəb olub. Görülən tədbirlər çərçivəsində ehtiyat suları stabilləşdirmək mümkün olub. Dövlət başçısının müvafiq sərəncamı ilə 10 su anbarının yenidən qurulması və ya yenisinin inşası nəzərdə tutulur. Həmin su anbarlarının texniki iqtisadi əsaslandırılması hazırlanır. Yaxın illərdə həmin su anbarlarının tikintisinə başlanılacaq”.