Sosial

Azərbaycanlı alimin hazırladığı vaksin ÜST-nin SİYAHISINDA

Azərbaycanlı alimin hazırladığı vaksin ÜST-nin SİYAHISINDAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Səhiyyə Nazirliyinin Sağlamlıq İnstitutları Başkanlığının Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov və onun rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən hazırlanmış COVID-19-a qarşı bitki əsaslı peyvənd Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sınaq mərhələsində olan peyvənd namizədlər siyahısına daxil edilib.

7times.az Aztibb.az-a istinadən məlumatına görə, T.Məmmədovun rəhbərlik etdiyi qrup tərəfindən laboratoriyada xüsusi olaraq istehsal edilən “Nicotiana Benthamiana” tütün növünün yarpaqlarında istehsal edilən protein əsasında peyvənd əldə olunub.

Bu peyvəndin bir dozası COVID-19-a qarşı xüsusi immunitet yaradır.