Manşet

Azərbaycanlı müğənnilərin ƏL YANDIRAN TOY QİYMƏTLƏRİ: 15000-20000 AZN – FOTO – SİYAHI

Azərbaycanlı müğənnilərin ƏL YANDIRAN TOY QİYMƏTLƏRİ: 15000-20000 AZN – FOTO – SİYAHIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yerli məşhurların şəxsi həyatı, lüks malikanələri, bahalı avtomobilləri qədər toy qiymətləri də daim müzakirə edilən mövzulardandır. Övladının şad günündə müğənniləri görmək istəyənlər isə bunun üçün ətək-ətək pul ödəməlidirlər desək, yanılmarıq.

Məlum oldu ki, yarım saatlıq çıxış üçün qiymət bütöv toy qiymətindən ən azı 3 dəfə az olur. Yarım saatlıq ifaya 4-5 mahnı daxildir. Toyu əvvəldən sona kimi idarə edən müğənnilər ansambl, aparıcı, rəqs qrupu və ümumi şou-proqramın xərclərini də xidmət haqqına əlavə edir. Bu səbəblə də sənətçilər bütov toy idarəsi üçün yüksək məbləğdə pul tələb edirlər.

BAKU.WS tanınmış müğənnilərin toy qiymətlərini təqdim edir:

Xalq artisti Brilliant Dadaşova toyda yarım saata 6000 AZN qonorar əldə edir. Məclisdə ansamblla çıxış edərsə, sənətçinin alacağı məbləğ 15000 AZN-ə qədər yüksəlir.

Xalq artistləri Aygün Kazımova, Röya Ayxan və Miri Yusif toyda yarım saata 8000 AZN qazanırlar.

Xalq artisti Faiq Ağayev məclisdə yarım saatı 4000 AZN-ə, bütöv toyu isə 8000 AZN-ə oxuyur.

Xalq artisti Tünzalə Ağayeva toydan yarım saata 4000 AZN qonorar əldə edir.

Xalq artisti Zülfiyyə Xanbabayeva məclisdə yarım saatı 4500-5000 AZN-ə çıxış edir.

Əməkdar artist Elton Hüseynəliyev toydan yarım saata 4000 AZN qonorar əldə edir. Məclisdə ansamblla çıxış edərsə, 12000 AZN qazanır.

Əməkdar artist Abbas Bağırov məclisdə ansamblla birgə 20000 AZN-ə çıxış edir.

Əməkdar artist Könül Kərimova toyda yarım saatı 3000 AZN-ə, ansambl ilə 8000 AZN-ə oxuyur.

Əməkdar artist Ədalət Şükürov məclisdə yarım saatı 3000 AZN-ə oxuyur.

Əməkdar artist Xumar Qədimova toyda yarım saatı 4000 AZN-ə çıxış edir.

Əməkdar artist Manana Caparidze məclisdə yarım saata 4500 AZN qonorar əldə edir.

Müğənni Xatirə İslam toyda yarım saatı 3500 AZN-ə çıxış edir. Bütün toyu isə 10000 AZN-ə oxuyur.

Meyxanaçı Namiq Qaraçuxurlu məclisdən yarım saata 3000 AZN qazanır.

Müğənni Nadir Qafarzadə toyda yarım saatı 4000 AZN-ə oxuyur.

Müğənni Günay İbrahimli və Sevda Yahyayeva məclisdə yarım saatı 3000 AZN-ə çıxış edirlər.

Müğənni Rüfət Axundov toyda bir saatı 2000 AZN-ə, bütün toyu 4000 AZN-ə oxuyur.

Zöhrə Pənahi
BAKU.WS