Ölkə

“Azəriqaz” əhaliyə çağırış etdi

“Azəriqaz” əhaliyə çağırış etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SOCAR “Azəriqaz” İstehsalat Birliyi abonentləri mənzilə daxil olarkən qaz sızmasını müəyyən etmədən əvvəl işıqlandırıcı cihazları yandırıb-söndürməməyə çağırıb.

7Times.az  xəbər verir ki, bu çağırış SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov tərəfindən “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüş zamanı səsləndirilib.

Onun sözlərinə görə, qaz iyinin olub-olmadığını müəyyən etmədən işıqlandırıcı cihazlarından istifadə nəticəsində yaranan qığılcım bədbəxt hadisəyə, qəzaya səbəb ola bilər:

“Hansısa səriştəsiz insan tərəfindən düzgün quraşdırılmayan qaz cihazı və ya şlanq birləşmələri nəticəsində qaz sızması yarana bilir, bu da partlayışa səbəb olur. Partlayış və yanğın hadisələrinin 99%-i bu səbəbdən baş verir. Ona görə də, dönə-dönə təkrar edirik ki, mənzilə daxil olanda, hətta bloka daxil olan zaman qaz iyinin olub-olmadığını yoxlayaq. Hamımız qaz iyini tanıyırıq. Bunu etmədən işığı yandırıb-söndürmək olmaz. İşığı yandırıb-söndürən zaman həmin o elektrik qutusunda qığılcım əmələ gəlir və ani bir səhfdən böyük faciə yaranır”, – deyə İlkin Behbudov vətəndaşları tədbirli olmağa çağırıb.