Aktual

“Azəristiliktəchizat” yenə vətəndaşları çətinə salır – Borc bitmək bilmir

“Azəristiliktəchizat” yenə vətəndaşları çətinə salır – Borc bitmək bilmirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 10-da “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev media nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib ki, “Azəristiliktəchizat”ın borcu olduğu üçün qazanxanalar üzrə qaz verilişi dekabr ayının 15-də dayandırılacaq.

 

7Times.az xəbər verir ki, Məsələ ilə bağlı Modern.az saytına danışan “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib ki, iki dövlət idarəsi arasında olan problemə görə vətəndaşlar əziyyət çəkməməlidir:

 

“Bütün zəruri tədbirlər görülür ki, qazanxanaların qaz təchizatı dayandırılmasın. Bizim mövqeyimiz ondan ibarətdir ki, iki dövlət idarəsi arasında olan problemə görə vətəndaşlar əziyyət çəkməməlidir. Çalışırıq ki, hər şey qaydasında düşsün”.

 

Qeyd edək ki, dövlət tərəfindən “Azəristiliktəchizat”a borcu qaytarmaq üçün 12 milyon manat ayrılıb. Lakin onların borcu 20 milyon manat təşkil edir.