Aktual

“Azov” alayı yer altında qalmış uşaqların ürəkdağlayan görüntülərini yaydı…-VİDEO

“Azov” alayı yer altında qalmış uşaqların ürəkdağlayan görüntülərini yaydı…-VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azov alayı Mariupoldakı “Azovstal” zavodunun düşmən tərəfindən blokadaya alınmış zirzəmilərindən yeni video yayımlayıb.
 Moderator.az xəbər verir ki,  bu haqda “Ukrainskaya pravda”  “Azov” alayının sosial media səhifələrinə istinadla məlumat yayıb.
 Adamların sözlərinə görə, video-çəkiliş aprelin 21-də aparılıb. Zirzəmidə əsasən qadınlar və  – körpələrdən tutmuş 14 yaşlı yeniyetmələrə qədər uşaqlar yaşayır. Onlar demək olar ki, iki aya yaxındır ki, bu yeraltı məkandadırlar; nə təmiz hava udmaq, nə də sadəcə olaraq  zəruri həyati ehtiyaclarını normal şəkildə ödəmək imkanları var…
Uşaqlar dəstəyə və yeməyə görə hərbçilərə təşəkkür edirlər (videodan görünür ki, əsgərlər onlar üçün şirniyyat gətiriblər – red.). Etiraf edirlər ki, günəşi görmək, yaxınlarını qucaqlamaq istəyirlər.
“Azov zindanı”nın sakinləri işğal olunmamış Ukrayna ərazilərinə getmək üçün təhlükəsiz humanitar dəhliz istəyirlər.  Analar uşaqları üçün çox narahat olduqlarını qeyd edirlər…