Ölkə

Bağçalar bağlanacaq? – Nazirlikdən rəsmi cavab

Bağçalar bağlanacaq? – Nazirlikdən rəsmi cavabbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni qərar məktəbəqədər tədris müəssisələrini (uşaq bağçalarını) əhatə etmir.

Bu barədə 7times.az-a Təhsil Nazirliyindən ümumi təhsil müəssisələrində yeni qaydaların tətbiqilə bağlı bildirilib.

Təhsil Nazirliyinin rəsmi məlumatına görə, aprelin 5-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili olunacaq. Sadalanan ərazilərdən əlavə digər şəhər və rayonlarda tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.