Sağlamlıq

Bağırsaq xərçəngi gəncləşib – Bu əlamətləri gördükdə…

Bağırsaq xərçəngi gəncləşib – Bu əlamətləri gördükdə…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bağırsaq xərçəngi üçüncü ən çox görülən onkoloji xəstəlikdir.

Eyni zamanda, ilkin mərhələdə heç bir əlamət vermir və bununla da onu erkən mərhələdə aşkar etmək mümkün olmur. Məhz, ilkin mərhələdə müalicə daha sadə, asan və effektivdir.

“Medicina.az”ın məlumatına görə, Cons Hopkins Tibb mərkəzinin mütəxəssisləri bildirirlər ki, şiş böyüdükcə, vəziyyətin daha da irəli getməməsi üçün gözardı edilə bilməyən bir sıra əlamətlər görünə bilər.

1. Nəcisdə qan – həm açıq ola bilər, həm də nəcisin daha tünd rəngi kimi görünə bilər. Buna görə mütləq həkimə müraciət edin. Çünki bu mədə-bağırsaq traktında və ya rektumda qanaxmanın göstəricisidir.

Parlaq qırmızı qana xüsusi diqqət yetirin. Adətən düz bağırsaqda və ya kolonda problem olduqda ortaya çıxır. Xərçəngin səbəb olduğu qanaxma haqqında danışırıqsa, o zamanla keçmir, hətta pisləşir və ağrı ilə müşayiət olunur.

2. Bağırsağın işində dəyişiklik – həm qəbizlik, həm də ishal, bağırsaq hərəkətlərinin tezliyində və ölçüsündə müxtəliflik ola bilər. Məsələn, nəcis daha daralacaq, bağırsaqları tamamilə boşaltma hissi olmayacaq.

Burada dəyişikliklərin qidalanma, həmçinin viral və ya bakterial infeksiyalar fonunda baş verə biləcəyinə diqqət yetirməyə dəyər. Ancaq bir neçə gündən çox davam edərsə və hər hansı digər simptomlarla müşayiət olunarsa, həkiminizlə məsləhətləşməlisiniz.

3. Qarın ağrısı və şişkinlik adətən spazmlar, ağrılar, kolik ola bilər. Baxmayaraq ki, onlar mədə-bağırsaq traktının onlarla xəstəliyi, məsələn, kolit, Kron xəstəliyi, pəhriz fonunda mədə-bağırsaq traktının pozğunluqları ilə baş verə bilər. Mədə tez-tez ağrıyırsa və heç bir səbəb olmadan şişirsə, bu da bağırsaq xərçəngini əlaməti ola bilər.

4. Ürəkbulanma və qusma. Onlar bağırsaqlarda şişkinliyin maye və ya bərk tullantıların keçməsinə mane olduğuna işarə ola bilər.

Ancaq daim baş verərsə, bir gündən çox davam edən qusma əlamətləri varsa, dərhal həkim müayinəsi vacibdir.

5. Anemiya, qanazlığı- adətən qan testi ilə müəyyən edilir. Bağırsaq xərçəngi olan insanlarda inkişaf edən qanaxma anemiyaya səbəb ola bilər. Bu vəziyyətin ümumi simptomları solğun dəri, artan ürək ritmi, yorğunluq, başgicəllənmədir.

6. Səbəbsiz çəki və iştahanın azalması, zəiflik bağırsaq xərçəngi olan insanlarda rast gəlinir. Mədə ağrısı və ürəkbulanma iştahı azaldır. Nəticədə, insan çəkisini saxlamaq üçün normal miqdarda qida qəbul etməyi dayandırır. Bütün bunlar anemiya ilə birlikdə zəifliyə səbəb olur.

7. Çanaq nahiyəsində ağrı ümumiyyətlə, belə ağrı kolon xərçəngi üçün xarakterik deyil. Əgər görünsə, bu, şişin artıq çanaq bölgəsinə təsir etdiyini bildirir.