Ölkə

Bakı Baş Səhiyyə İdarəsi ləğv edilir, yeni Mərkəz yaradılır

Bakı Baş Səhiyyə İdarəsi ləğv edilir, yeni Mərkəz yaradılırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Baş Səhiyyə İdarəsinin bazasında İlkin Səhiyyə Xidməti Tibb Mərkəzi yaradılır”. 

7times.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov İcbari Tibbi Sığorta Agentliyinin feysbuk səhifəsində canlı yayımda bildirib.

O qeyd edib ki, yaxın zamanda bu proses yekunlaşacaq: “İlkin səhiyyə xidmətinə aid olan bütün strukturlar həmin tibb mərkəzində birləşəcəklər. O cümlədən, 5 saylı Doğum evinin qadın məsləhətxanası da İlkin Səhiyyə Xidməti Tibb Mərkəzinin tərkibinə keçəcək.

Mərkəzdəki poliklinikalarda olan dar ixtisas həkimləri müxtəlif poliklinikalarda birləşərək Kliniki Tibbi Mərkəzin tabeçiliyinə keçəcək. Artıq Nərimanov rayonunda bu islahatlar aparılıb və tamamlanıb. Digər rayonlarda da bu proses tamamlanacaq. Nəticə etibarilə də ilkin səhiyyə xidməti tibbi xidmətdən ayrılacaq”.