Sosial

Bakı metrosunda bomba iddiası ilə bağlı – Açıqlama

Bakı metrosunda bomba iddiası ilə bağlı – Açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Metroda bomba təhlükəsi olmayıb. Bu, tamamilə yanlış informasiyadır”.

Bunu “Qafqazinfo”ya Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, Xətai-Cəfər Cabbarlı mənzili istisna olmaqla, Bakı  Metropoliteninin xətlərində qatarların hərəkətinin tənzimlənməsi təmin olunur.

Qeyd edək ki, Metropoliten tərəfindən yayılan ilkin məlumatda bildirilir ki, “28 May” stansiyasının giriş sahəsində tüstülənmə ehtimalı ilə qısa müddət ərzində yüksək gərginlik çıxarılıb və bu səbəbdən “Həzi Aslanov-28 May” istiqamətində qatarların hərəkətində məhdudiyyətlər olub.