Region

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda təmir-bərpa işləri davam etdiriləcək

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda təmir-bərpa işləri davam etdiriləcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Bakıdan Şabran rayonu istiqamətində təmir-bərpa işlərinə başlanılır.

Bu barədə 7Times.az-a agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata əsasən, təmir-bərpa işləri magistral yolun 52-119.5 kilometrində müəyyən hissələrdə yerinə yetiriləcək.

Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə aparılacaq. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təmin ediləcək. Əks istiqamət üzrə ikitərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirlərinin görülməsi, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılacaq.

Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.