Ölkə

Bakı və Sumqayıtı birləşdirəcək yeni magistral yol çəkiləcək – FOTO

Bakı və Sumqayıtı birləşdirəcək yeni magistral yol çəkiləcək – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2027-ci ilin sonunadək Bakı və Sumqayıt şəhərlərini birləşdirəcək yeni magistral avtomobil yolunun inşası planlaşdırılır.

Bu barədə Bakı şəhərinin Baş Planı üzrə “Nəqliyyat şəbəkəsi” bölməsində məlumat verilib.

Belə ki, “Bakı-Sumqayıt” şosesində, Xırdalan və “20 Yanvar” dairələrində nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə paytaxtın strateji 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması planlaşdırılır.

2040-cı ilədək Bakı şəhərində küçə-yol şəbəkəsinin ümumi uzunluğunun yerli əhəmiyyətli yollarla birlikdə 2300 kilometrdən 2550 kilometrə çatdırılması planlaşdırılır.

Bununla yanaşı, ictimai nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkili planlaşdırılır. 2040-cı ilədək xüsusi hərəkət zolaqlarının ümumi uzunluğunun hazırkı 16 zolaq-kilometrdən 198,4 zolaq-kilometrə qədər genişləndirilməsi nəzərdə tutulur.

Plan çərçivəsində velosiped nəqliyyatının inkişafı və müvafiq infrastrukturunun yaradılması planlaşdırılır. 2040-cı ilədək velosiped zolaqları şəbəkəsinin ümumi uzunluğunun təxminən 250 kilometr təşkil edəcəyi nəzərdə tutulur.

Qeyd edilib ki, hazırda paytaxtın küçə-yol şəbəkəsi əsasən radial-həlqəvi nəqliyyat marşrutları üzrə təşkil edilib. Gələcəkdə həmin nəqliyyat marşrutlarının inkişaf etdirilərək diaqonal marşrutlara çevirməsi ilə məntiqi tamamlandırılması prinsipi də əsas götürülərək paytaxtın yeni nəqliyyat planlaşdırılma sxemi hazırlanıb.