Ölkə

Bakıda bazar bağlandı – RƏSMİ – VİDEO

Bakıda bazar bağlandı – RƏSMİ – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən öz səlahiyyətlərinə uyğun olaraq, Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Tikinti materiallarının satışı bazarı”nda aparılan plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanın mövcud olduğu aşkar edilib. 

7times.az-a bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verilib.

Bildirilib ki, aşkar edilən nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Tikinti materiallarının satışı bazarında xidmətlərin göstərilməsinin dayandırılması barədə qərar qəbul edilib.