Ölkə

Bakıda bu görüntü hər kəsi dəhşətə gətirdi – VİDEO

Bakıda bu görüntü hər kəsi dəhşətə gətirdi – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qadının azyaşlı uşaqla birgə küçədəki açıq sahədə və məişət tullantılarının olduğu yerdə gecələməsini əks etdirən görüntülər yayılıb.

Sosial şəbəkələrdə gündəm olan bu görüntülərin Xətai rayonu ərazisində qəbiristanlıqla üz-üzə olan ərazidə çəkildiyi qeyd olunub.

Həmin ərazi Qədir Məmmədov 9 ünvanıdır.

Ərazidə qida qalıqları, eyni zamanda çox sayda spirtli içki şüşələri var. Ətraf sanki zibilliyi xatırladır. Ancaq sakinlər görüntüdə əks olunan qadın və uşağı burada görmədiklərini bildirdilər.

Daxili İşlər Nazirliyindən bildirildi ki, sosial şəbəkədə yayılan görüntülərdən məlumatlıdırlar və artıq həmin şəxs müəyyən olunub. Ana və uşaq barəsində qanunamüvafiq tədbir görüləcək.

Sosial Xidmətlər Agentliyindən isə “Xəzər Xəbər”ə bildirildi ki, qeyd olunan əraziyə baş çəkilib, onlara Agentliyin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reablitasiya müəssisəsinə yerləşdirilməsi təklif olunsa da, bundan imtina edərək yaşayış evlərinin olduğunu bildiriblər.