Sosial

Bakıda daha bir məktəb koronavirusa görə bağlandı

Bakıda daha bir məktəb koronavirusa görə bağlandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Paytaxtdakı 124 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.
Bakı Şəhəri üzrə Təhsil idarəsindən 7times-a verilən məlumata görə, 124 nömrəli tam orta məktəbin 4 şagirdi və 9 müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub.
Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 124 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub./azxeber