Ölkə

Bakıda dördəm doğuldu – FOTOLAR

Bakıda dördəm doğuldu – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Bakıda tibb müəssisələrinin birində dördəm dünyaya gəlib.
Tibb müəssisəsindən 7Times.az-a verilən məlumata görə, körpələrdən üçü oğlan, biri isə qızdır.
Qeyd olunub ki, körpələrin çəkiləri 1 140 qr (oğlan), 1 350 qr (oğlan), 1 230 qr (oğlan), 1 120 qr-dır (qız).
Səhiyyə ocağından verilən məlumata görə, ananın və uşaqların vəziyyəti stabildir.
Məlumat üçün bildirək ki, bu 30 yaşlı qadının ilk hamiləliyi olub. Körpələr qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib.
Onların 20 günə yaxın xəstəxanada qalacağı bildirilir.