Ölkə

Bakıda növbəti dezinfeksiya işləri aparılacaq

Bakıda növbəti dezinfeksiya işləri aparılacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 24-ü səhər saatlarından etibarən Bakı şəhərinin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarında xüsusi kimyəvi maddələrlə növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə 7times.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.