Kriminal

Bakıda polis arvadına 15 dəfə atəş açıbmış… (TƏFƏRRÜAT)

Bakıda polis arvadına 15 dəfə atəş açıbmış… (TƏFƏRRÜAT)backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda polis ondan şikayətçi olan həyat yoldaşını güllələyərək öldürüb.
7times.az xəbər verir ki, ağır cinayət səhər saatlarında paytaxtın Nizami rayonu, 24-cü polis şöbəsində qeydə alınıb.
Daxili İşlər Nazirliyindən “Xəzər Xəbər”ə verilən məlumata görə, hadisəni törədən İsmayıl Məmmədov Nizami rayon Polis İdarəsinin Post-patrul xidmətinin əməkdaşı olub.
İsmayıl Məmmədov xidməti avtomobillə dərhal şöbəyə gəlib və həyat yoldaşının təhqiqatçının otağında olduğunu görüb.
Məlumata görə, İsmayıl Məmmədov 26 yaşlı Xanım Məmmədovanı 2 azyaşlı uşağının gözü qarşısında güllələyib. Qadın hadisə yerində keçinib.
Mərhumun xalası Nəsibə Məmmədova iddia edir ki, İsmayıl həyat yoldaşını qısqandığından ailədə tez-tez söz-söhbət olurmuş.
Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin ”xüsusi amansızlıqla qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb.
İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib./Qaynarinfo