Sosial

Bakıda restoranda toy edənlər saxlanıldı – FOTO+ViDEO

Bakıda restoranda toy edənlər saxlanıldı – Foto+Videobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Bakıda şadlıq evində toy məclisi keçirənlər saxlanılıb. 

7times.az-ın verdiyi xəbərə görə, Yasamal rayonunda yerləşən “Atlantis” restoranının “Euphoria” musiqi zalında xüsusi karantin rejiminin qaydaları pozularaq toy məclisi təşkil olunub.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı gizli şəkildə toy məclisi təşkil edənlərin qarşısı alınıb.

Məclisdə iştirak edən 70-ə yaxın şəxs barəsində qanunvericiliyə uyğun olaraq, tədbirlər görülüb.

DİN-in Mətbuat xidməti “Qafqazinfo”ya məlumatı  təsdiqləyib.