Gündəm

Bakıda REYD: Qaçırılan avtomobil saxlanılaraq sahibinə verildi

Bakıda REYD: Qaçırılan avtomobil saxlanılaraq sahibinə verildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gecə Suraxanı Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları reyd keçirib.

Bizim.Media xəbər verir ki, nəticədə qaçırılan bir avtomobil aşkar edilərək sahibinə təhvil verilib.

Həmçinin sərxoş olan 1, sürücülük hüququ olmayan 2, avtomobili etibarnaməsiz idarə edən 4 sürücü saxlanılıb.

13 yük avtomobilinin isə şəhərə vaxtsız daxil olmaq cəhdinin qarşısı alınıb.