Kriminal

Bakıdakı dəhşətli qətlin üstü açıldı

Bakıdakı dəhşətli qətlin üstü açıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərində baş vermiş qətlin üstü açılıb.

7Times.az xəbər verir ki, Bu barədə Publika.az-a Daxili işlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Belə ki, dekabr 10-da, saat 21:00 radələrində Suraxanı rayon sakini, Allahverdi Mirzəyevin odlu silahla öldürülmüş meyiti onun Hövsan qəsəbəsindəki evinin həyətində tapılıb.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının apardığı intensiv əməliyyat axtarışları nəticəsində qətli törədən şəxs “isti izlərlə” yaxalanıb.

Bu, mərhumun yaxın qohumu – qayını Taryel Qurbanovdur.

T.Qurbanov istintaqa təhvil verilib.