Ölkə

Bakıdakı “Pit stop” niyə sökülür? – Açıqlama

Bakıdakı “Pit stop” niyə sökülür? – Açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Formula 1 yarışmasının keçirilməsi üçün nəzərdə tutula “Pit stop” binasının sökülməsi məsələsinə aydınlıq gətirib.

Şirkətdən 7times.az-a verilən məlumata görə, binanın sökülməsi ilə bağlı dövlət qrumları tərəfindən müvafiq tapşırıq verilib.

Qeyd edilib ki, “Pit stop” binasının sökülməsi növbəti il üçün Bakıda Formula 1 yarışının keçirilməsinə heç bir təsir göstərməyəcək.

İlkin təqvimə görə Azərbaycan Qran Prisinin gələn il iyunun 6-da keçirilməsi planlaşdırılır. Çox güman ki, “Pit stop” binasının yenidən tikilməsinə gələn ilin fevral ayında başlanııacaq.