Ölkə

Bakının Baş Planı üzrə şəhər üç mərkəzə bölünəcək – FOTO

Bakının Baş Planı üzrə şəhər üç mərkəzə bölünəcək – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərinin Baş Planı çərçivəsində ərazinin çoxmərkəzli inkişaf modelinin yaradılması təklif olunur.

Bu barədə Baş Planın “Çoxmərkəzli şəhər və demoqrafiya” bölməsində məlumat verilir.

Belə ki, çoxmərkəzlilik konsepsiyası bütün şəhər ərazisində hər bir sakin üçün bərabər imkanlar və xidmət standartları təqdim edəcək.

Baş Plan çərçivəsində mərkəzlər aşağıdakı kateqoriyalara bölünüb:

Mərkəzi Bakı (Mərkəzi Planlaşdırma Rayonu) – paytaxt Bakı üçün spesifik və ixtisaslaşmış şəhər xidmətlərinin təmin edildiyi və yüksək səviyyəli mədəniyyət obyektlərinin yerləşdiyi iqtisadi və inzibati mərkəz kimi fəaliyyət göstərəcək.

Regional Mərkəzlər (Ələt, Mərdəkan və Sumqayıt) – Mərkəzi Bakının regional analoqları rolunu oynayaraq, öz təsir dairəsinə daxil olan ərazilərdə yüksək səviyyəli şəhər xidmətlərinin göstərilməsini təmin edəcək.

Alt-mərkəzlər (Lökbatan, Binəqədi, Sabunçu, Zığ/Hövsan və Xırdalan) – Mərkəzi Bakının hüdudlarında yerləşən strateji əhəmiyyətli mərkəzlər olaraq periferiyanın müxtəlif istiqamətlərindən şəhər mərkəzinə doğru giriş qapıları rolunu oynayacaq.