Kriminal

“Bandotdel”dən ƏMƏLİYYAT: Şirkət rəhbəri saxlanıldı

“Bandotdel”dən ƏMƏLİYYAT: Şirkət rəhbəri saxlanıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şirkət təsisçisi və direktoru olan Bakı şəhər sakini S.Hüseynzadənin 1 190 nəfər vətəndaşın karantin postlarından sərbəst hərəkət etmələri üçün onları öz şirkətinə 10-50 manat pul müqabilində qanunsuz olaraq işə götürməsi müəyyən edilmişdir.

Bu barədə 7times.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanmışdır.