Ölkə

Baş mühəndisi Ekologiya Nazirliyindəki korrupsiya ilə bağlı Prezidentə müraciət etdi – ŞOK OLAY

Baş mühəndisi Ekologiya Nazirliyindəki korrupsiya ilə bağlı Prezidentə müraciət etdi – ŞOK OLAYbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin meşə uçotu və kadastrı üzrə baş mühəndis Ağayev Kərəm İsabala oğlu işlədiyi qurumda baş verən qanunsuzluqlarla bağlı Prezident cənab İlham Əliyev müraciət edib.

7Times.az  xəbər verir ki, baş mühəndis müraciətində Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində yaşanan korrupsiya hallarını ifşa edir və dövlət başçısından günahkarların cəzalandırılmasını xahiş edir.

Müraciəti təqdim edirik:

“Yazıb Sizə bildirirəm ki,​ mən Mərkəzdə meşə uçotu və kadastrı üzrə baş mühəndis vəzifəsində çalışıram. Mərkəzin direktoru Adəm İsmiyev,​ müavini Faiq Əmişov və baş mühafizə mühəndisi Abturab Bağırov Masalll Regional Meşə Təsərrüfatı Mərkəzində​ qanunsuz və saxta işlərlə məşğuldurlar. Və idarədə özbaşınalıq baş alıb gedir:

– Dövriyyədə olan “meşə əkinləri” demək olar ki,​ yox dərəcəsindədir.
Özlərindən batmış əkinlərə saxta naryadlar yazırlar . Dövlətə​ dəymiş ziyan bu günə kimi hələ də​ ödənilmmişdir;
– 2016 -ci ildə əkilən, amma faktiki realda mövcud olmayan ,​ hansi ki,​ beş ildən sonra “örtülü meşəyə” keçməli olan​ 138 hektar “əkinlırin”​ yerinə saxta 50 ilin və 200 ilin təbii meşələrin göstərirlər və Dövləti aldadırlar;
– Dövlət Meşə fondu torpaqlarında qeyri-qanuni tikililər apartdırırlar ( mal-qara tövlələri,​ istirahət mərkəzləri və s.) Və hətta yol və asfalt döşəmələr də həmçinin.

Məni də məcbur edirlər ki, mən gedib​ o zəbt olunan yerlərə akt yazmasında iştirak edən zaman sözü gedə​ yerləri qeyri-meşə fondu kimi göstərəm. Əks təqdirdə məni şərləyib işdən azad edəcəkləri ilə hədələyirlər.​ ​

Mən isə onların dedikləri saxta işlərinin qəti əleyhinəyəm və qanuni nə var onu da edirəm. Hazırda rəhbərlik məni işdən azad edəcəyi ilə təhdid edir”.​

Kərəm Ağayev hesab edir ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində ciddi yoxlamalar aparılacağı halda daha böyük korrupsiya faktları üzə çıxacaq.(AzToday.az)