Aktual

Baş Prokurorluq helikopterin vurulması ilə bağlı araşdırmalara başladı – RƏSMİ

Baş Prokurorluq helikopterin vurulması ilə bağlı araşdırmalara başladı – RƏSMİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

9 noyabr tarixində saat 18.30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda dərhal araşdırmalara başlanılmış, nəticəsindən asılı olaraq qanuni və obyektiv qərarın qəbul edilməsi təmin ediləcəkdir.

7times.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, məsələ ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu öz dərin təəssüfünü bildirməklə, həlak olan ekipaj üzvlərinin ailələrinə başsağlığı verir, xəsarət alanlara Allahdan şəfa diləyir.