Ölkə

Vicdanla danışıb yazmaq lazımdı biraz.Ayıbdı vallah.Nə danışırlar özləridə bilmirlər.İCRA HAKİMİYYƏTİNDƏN AÇIQLAMA.

Vicdanla danışıb yazmaq lazımdı biraz.Ayıbdı vallah.Nə danışırlar özləridə bilmirlər.İCRA HAKİMİYYƏTİNDƏN AÇIQLAMA.backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün tanınmış hüquqşünas Aslan İsmayılov öz facebook səhifəsində Ağstafa rayon İcra başçısı Seymur Orucovun 44 günlük Vətən Müharibəsində şəhid olmuş, sağlamlıqlarını itirmiş müharibə iştirakçılarına və ailələrinə qarşı biganə davrandığını və onlara diqqət yetirməməsi barədə stat paylaşmışdı.O qeyd etmişdiki Ağstafa rayon İcra başçısı 36 yaşlı Seymur Orucov bir dəfə də olsun bu problemlərin həllində hansısa addım atmayıb. Böyük Kəsik kənd sakinləri öz hesablarına açdıqları bulağın açılışına qatılmağı belə özünə rəva bilməyib. Əvəzində həftə sonlarını Bakıda yaxşı vaxt keçirməyi bacarır.

Ağstafa Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Elşad Ramazanov 7Times.az-a Aslan İsmayılovun bu açıqlamasının həqiqətə uyğun olmadığını bildirib.O qeyd edibki icra başçısı Seymur Orucov rayona icra başçısı təyin olunduğu gündən bəri bir neçə dəfə paytaxta gedə bilib.

Stat “Seymur Orucov Ağstafa rayonunda yerləşən qonaq evində yaşayır.Təyin olunduğu gündən bəri yalnız dövlət tədbirləri və iclaslarlarla əlaqədar olaraq Bakıya gedib.O zamanının bütün hissəsini demək olarki Ağstafada keçirir.Vicdanla danışıb yazmaq lazımdı biraz.Ayıbdı vallah.Ağstafadan Bakıya 450 km dir.İsbatı mümkün olmayan sözlər danışmaq olmaz.Şəhid ailələrinə və qazilərinə qarşı olan biganəliyə gəldikdə isə onu deyə bilərəmki bu dövlətin ən prioritet məsələlərindən biridir.Ölkənin hər yerində olduğu kimi Ağstafa rayonunda da bu mövzu hər zaman diqqət mərkəzindədir.Onlara icra hakimiyyəti tərəfindən lazım olan bütün köməkliklər həyata keçirilir.Sadəcə kimlərsə edilənləri yox edilməyənləri yazıb danışırsa bu onların problemidir.

Cəlal Fərzəliyev.