Aktual

Bayden Putindən dünyanı nüvə müharibəsi ilə qorxutmağı dayandırmağı tələb edib

Bayden Putindən dünyanı nüvə müharibəsi ilə qorxutmağı dayandırmağı tələb edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ prezidenti Co Bayden Rusiya hakimiyyətini Ukrayna münaqişəsində nüvə silahının mümkün istifadəsi ilə bağlı “boş şərhlərə” görə kəskin tənqid edib. Amerika prezidentinin fikrincə, belə söhbət yalnız Rusiyanın “ümidsizliyini” nümayiş etdirir.
“Heç kim nüvə silahının istifadəsi və ya onlardan istifadənin mümkünlüyü barədə boş şərhlər verməməlidir. Bu, məsuliyyətsizlikdir”- deyə Bayden bildirib.
Eyni zamanda, Co Bayden Konqresdən Ukraynaya 33 milyard dollar yardım istəyib və bunun “ucuz olmadığını”, lakin Vaşinqtonun “vəhşiliklər və təcavüz” qarşısında kənarda dayana bilməyəcəyini bildirib.
ABŞ prezidentinin bəyanatı, bir sıra rusiyalı təbliğatçıların Rusiya prezidentini Böyük Britaniyanı Ukraynaya dəstəyinə görə nüvə silahı ilə məhv etməyə çağırmasından sonra səslənib.
Sanksiyalara məruz qalan və İtaliyadakı mülklərinə girişi itirən teleaparıcı Vladimir Solovyov yeni “Sarmat-2” raketi haqqında Rusiya Kosmik Agentliyinin rəhbərinə müsahibəsində deyib:
“Məlum oldu ki, bir “Sarmat” mənfi bir Böyük Britaniya deməkdir”.
Solovyov və onun həmkarlarının bəyanatları Rusiyada təbliğat və siyasətə cavabdeh olan şəxslərin adekvatlığı ilə bağlı ciddi narahatlıqlara səbəb olub.
Mövzu ilə bağlı çıxışında Co Bayden Moskvanın “narahatedici ritorikasına” baxmayaraq, ABŞ-ın “Rusiyaya hücum etmədiyini” vurğulayıb.
“Biz Rusiyaya hücum etmirik. Biz Ukraynaya Rusiya təcavüzündən özünü müdafiə etməyə kömək edirik”, – deyə Bayden bildirib.
Bu yardımın miqyasını statistika ilə qiymətləndirmək olar. “Xüsusi əməliyyatda” iştirak edən hər bir rus tankı üçün 10-a qədər tank əleyhinə silah sistemi var.