Sağlamlıq

Bədəndə zülalın çatışmazlığına işarə edən SİMPTOMLAR

Bədəndə zülalın çatışmazlığına işarə edən SİMPTOMLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnsan orqanizminin normal fəaliyyəti üçün ona bioloji aktiv maddələr – nutriyentlər lazımdır. Ən vacib belə nutriyentlərdən biri zülaldır.

Zülallar orqanizmə qida ilə daxil olunduqda aminturşulara parçalanır. Bu aminturşular isə müxtəlif vacib proseslərdə (bərpa, immun, enerji və s.) iştirak edir.

Saglamolun.az bildirir ki, orqanizmdə zülalların çatışmazlığı sinir, mübadilə, immun və bir çox digər orqan və sistemlərində çox ciddi pozulmalara səbəb olur. Bu çatışmazlığının simptomları aşağıdakılardır:

1. Zəif immunitet, soyuqdəyvə və virus xəstəliklərinə tez-tez tutulmaq. Zülallar immun sisteminin normal işləməsi üçün ən vacib maddədir. Məhz zulallardan immun hüceyrələri olan immunqlobulinlər və digər immun sistemi hüceyrələri sintez olunur.

2. Zəif, kövrək saç və dırnaqlar, dərinin elastikliyinin pozulması, qırışların tez əmələ gəlməsi.

3. Ödemlər (şişkinlik). Zülallar su-duz balansının tənzimlənməsində də iştirak edir. Gözlərin altında şişkinlik, ayaqlarda ödemlər o cümlədən orqanizmdə zülalın defisitinə işarə edə bilər.

4. Yorğunluq, enerjinin azalması. Zülallar əzələlərin əsas “tikinti materialı”dır. Əgər insan hətta yüngül fiziki işdən sonra çox yorulursa, bu zülal defisiti səbəbindən yaranmış əzələlərin zəiflənməsinə işarə edə bilər.

5. Dəridə yara, sıyrıntıların gec sağalması. Dediyimiz kim, zülallar orqanizmin əsas “tikinti materialı”dır ki, onların çatışmazlığı orqanizmə gedən bərpa proseslərini ləngidir.

6. Pis əhval, əhvalın tez-tez dəyişməsi.

Zülalların ən yaxşı mənbələri: yumurta, ət, balıq, süd məhsulları, göbələk, çərəzlər, paxlalılardır.