Ölkə

Bəxtiyar Hacıyevin və atasının evində axtarış aparıldı

Bəxtiyar Hacıyevin və atasının evində axtarış aparıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin Bakı şəhərində yaşadığı evdə, həmçinin Gəncədə yaxınlarının mənzilində axtarış aparılıb.

 

7Times.az  xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.

 

“Axtarışlar Bəxtiyar Hacıyevin Gəncə şəhərində olan atasının, qardaşının, onun dostlarının evində və avtomobilində də aparılıb. Hazırda axtarış götürmə istintaq hərəkətləri aparılır, hətta telefonları da əllərindən alınıb. Görünür Bəxtiyar Hacıyevə yeni ittihamlar irəli sürüləcək” –  E.Sadıqov əlavə edib.