Manşet

“Birdən ayılacağıq ki, artıq Zəngəzur bizim deyil” – Manukyan

“Birdən ayılacağıq ki, artıq Zəngəzur bizim deyil” – Manukyanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın müxalif – Vətənin Xilası Naminə Hərəkatının baş nazirliyə vahid namizədi Vazgen Manukyan ölkə vətəndaşlarına təcili çağırış edib.

Erməni mediası yazır ki, o, vətəndaşları 12 fevralda, saat 15.00-da İrəvanın Azadlıq meydanına toplaşmağa səsləyib.

“Əziz xalqım, sizi hipnoz ediblər, ayılın”, xitabı ilə başlayan müraciətdə iddia olunur ki, hakimiyyət Zəngəzur (Sünik) vilayətinin müxtəlif əraziləri ilə bağlı qərar qəbul edib, ancaq bunun üçün Ermənistanın milli təhlükəsizlik orqanlarının razılığına ehtiyac var. Manukyan bir gün əvvəl ortaya məxfi sənədin çıxdığını iddia edərək bildirib ki, orada Zəngəzur istiqamətindən Ermənistanın zərərinə sərhəd xətti razılaşdırılır.

“Məxfi və qanunsuz sənəddə daha nələr var, hələlik məlum deyil”, V.Manukyan iddialarını davam etdirir. Müxalifətin namizədi daha sonra bildirib ki, vaxt gələcək, 9 noyabr 2020-ci il gecəsi kimi, biz birdən ayılacağıq və biləcəyik ki, artıq Zəngəzur bizim deyil. Manukyan 8 noyabradək, 44 günlük müharibə günlərində hakimiyyətin onları aldatdığını da xatırladıb.

“İndi bizim ölkənin əhəmiyyətli hissəsi yoxdur. Bizim 5 mindən artıq qurbanımız, 10 mindən çox yaralımız, yüzlərlə əsirimiz, minlərlə itkin düşənlərimiz var. Bizim ordumuz da yoxdur”, Manukyan bəyan edir. Müxalifətçi bəyan edib ki, mövcud hakimiyyət Türkiyə və Azərbaycanın maraqlarına xidmət edir.

V.Manukyan xalqı siyasi partiyaları gözləmədən ölkənin gələcəyinə sahib çıxmağa çağırıb. Bildirib ki, bütün siyasi qüvvələr sizinlədir. Yekunda o, xalqı sabah meydana çıxmağa, bundan sonra nə etməklə bağlı qərar verməyə səsləyib və xitabını “biz vətənimizi gözümüzün qarşısında itiririk”, deyərək bitirib. /Musavat.com