Aktual

“Biz, yeganə ölkəyik ki, bu mübarizədə rusiyalıları dəstəkləyirik” – Lukaşenko

“Biz, yeganə ölkəyik ki, bu mübarizədə rusiyalıları dəstəkləyirik” – Lukaşenkobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aleksandr Lukaşenko xəbər verib ki, o, Belarusun rolunu Ukrayna-Rusiya müharibəsində «çoxdan müəyyən» edib. Diktator qeyd edib ki, artıq çoxdan Rusiya Federasiyası və Belarus «vahid silahlı qüvvələr qruplaşması» yaradıb.

Lukaşenko uyğun bəyanatla Belarusun müstəqillik gününə (iyulun 3-ü) həsr olunmuş tədbirdə çıxış edib.

«Biz, yeganə ölkəyik ki, bu mübarizədə rusiyalıları dəstəkləyirik. Bizi qınayanlar, siz bilmirdiniz ki, bizim Rusiya Federasiyası ilə ən sıx müttəfiqliyimiz var? O dövlətlə ki, biz, vahid, güclü müstəqil dövlət qururuq – İttifaq dövləti. Harada ki, iki müstəqil xalq var. Onlar bilməyiblər ki, bizdə artıq çoxdan Belarus və Rusiya ittifaqdadır və onun vahid silahlı qüvvələri var? Praktiki olaraq, vahid ordu. Siz, bütün bunları bilirdiniz, onda nə üçün bu gün bizi qınayırsınız? Biz, qardaş Rusiya ilə birlikdə olmuşuq və olacağıq. Bizim «xüsusi əməliyyatda» iştirakımız mənim tərəfimdən çoxdan müəyyən olunub» – Lukaşenko deyib.

«Kartof füreri» əlavə edib ki, belaruslar heç kimə imkan verməzlər ki, rus insanını kürəyindən güllələsinlər.