Aktual

“Bizə unutmayacağımız hədiyyə bəxş etdiniz

“Bizə unutmayacağımız hədiyyə bəxş etdiniz”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.

7times.az axşam.az-a istinadən xəbər verir ki, sənət aləminin tanınmış simaları ölkə başçısı ilə bağlı paylaşım edərək bunları yazıblar:

Xalq artisti Aygün Kazımova paylaşımına “Müzəffər Ali Baş Komandan, doğum gününüz mübarək” sözlərini qeyd edib.

Xalq artisti Brilliant Dadaşova video təbrikində “Cənab Prezidentimizi ad günü münasibətilə təbrik edirəm. Deyirəm ki, sizi sevirik, sizinlə fəxr edirik. Hər zaman başımızın üstündə var olmanızı diləyirik” sözlərini söyləyib.

Xalq artisti Nəzakət Teymurova təbrik mesajında bu sözləri yazıb: “Müzəffər Ali Baş Komandan, ad gününüz mübarək! Sizə Allahdan uzun ömür, can sağlığı arzulayıram. Yaşayın və Azərbaycanımızı daha da yüksəklərə aparın. Biz sizə inanırıq”.

Xalq artisti Zülfiyyə Xanbabayeva “Əməli ilə tarixi yazan Ali Baş Komandan! Cənab Prezident İlham Əliyev, ad gününüz mübarək” sözləri ilə ölkə başçısını təbrik edib.

Əməkdar artist Abbas Bağırov “Cənab Ali Baş Komandan, möhtərəm Prezident, sizi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirik. Sizə ilk öncə can sağlığı, gələcək işlərinizdə uğurlar arzu edirik. Siz Azərbaycanımızın böyük sərkərdəsi, böyük tarix yazan çox hörmətli Prezidentisiniz. Bir daha ürəkdən təbrik edirik, doğum gününüz mübarək, Cənab Prezident” deyə, paylaşımında qeyd edib.

Xalq artisti Röya Ayxan təbrik paylaşımına bunları yazıb: “Bizə zəfər qazandıran Ali Baş Komandan! Mən bir vətəndaş, övlad, ana, Xalq artisti olaraq sizi təbrik edirəm. Siz bizə həyatımız boyu unutmayacağımız bir hədiyyə bəxş etdiniz. O hədiyyə ki, hər kəsi qürurlandırdı, fərəhləndirdi. Sizi sevirəm, bu, hər zaman belə davam edəcək. Xoşbəxt, sağlam və daim bizimlə olun”.

Xalq artisti Faiq Ağayev də təbrik mesajını sosial şəbəkədə yayımlayıb: “Ad gününüz mübarək, əziz Cənab Prezident! Vətənimizə, xalqımıza şanlı Qarabağ Zəfərini yaşatdığınız, milli iftixar hissimizi yenidən parlatdığınız üçün adınız tarixdə Böyük Sərkərdə, Qarabağ Xilaskarı, Qurucu İlham olaraq əbədi yaşayacaqdır. Bu ümman boyda səadəti Azərbaycana bəxş etdiyinizə görə rəhbərlik etdiyiniz şanlı Ordumuza və şəxsən sizə minnətdaram, qüdrətli Ali Baş Komandanım. Sizinlə qürur duyuram! Allah sizə yar və yardımçı olsun”.

Müğənni Günay İbrahimli paylaşımında “Hörmətli cənab Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları, sizi 60 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Bizə – Azərbaycan xalqına milli qürur və birlik hissi bəxş etdiyiniz, bizə qələbə sevinci yaşatdığınız üçün minnətdarlığımı bildirirəm. Uca tanrı hər zaman sizi qorusun. Doğum gününüz mübarək”.

Xalq artisti Firəngiz Mütəllimova “Əziz prezident, yubileyiniz mübarək. Qarabağa çəkdirdiyiniz Zəfər yolu sizi daim yeni uğurlara və zəfərlərə aparsın. Var olun, yaşayın…” sözləri ilə Ölkə başçısını təbrik edib.

“Nə qədər tərif desək də Ali Baş Komandana yenə azdır. Xalqımın canı, qanı… Bu əsrin qəhrəmanı. Şanlı tariximizdə yeni tarix yaratdı. Yeni tarix də yazdı. Doğum gününüz mübarək, tarixə imza atan Ali Baş Komandan! Allah sizə sağlam can, uzun ömür qismət eləsin. Allah sizi, ailənizi hər an qorusun” deyə, Xalq artisti Məleykə Əsədova paylaşımında yazıb.