Aktual

“Bizi kənddən çıxarmaq istəsələr, silaha sarılacağıq…”-Laçının kəndindəki Andranik…

“Bizi kənddən çıxarmaq istəsələr, silaha sarılacağıq…”-Laçının kəndindəki Andranik…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bu il aprel ayının 23-də qondarma erməni “soyqırımı”nın “107-ci ildönümü” ərəfəsində Azərbaycanın bu kəndindəki ermənilər  üzdəniraq “məşəl yürüşü” də keçirib…”
Xəbər verildiyi kimi, 10 noyabr 2020-ci il razılaşmasına əsasən növbəti 3 il ərzində tərəflərin razılığı əsasında  Yuxarı Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizinə alternativ olaraq yeni hərəkət marşrutunun inşasına artıq başlanılıb. Məlumata görə, alternativ yol Ermənistanın Qərbi Zəngəzurdakı Sünik rayonunun Gorunzur kəndindən başlayacaq, Laçın rayonunun Zabux kəndi yaxınlığındakı Qayğı qəsəbəsindən, Şuşa rayonunun Aşağı və Yuxarı Qaladərəsi kəndlərindən keçərək dağların arasından Xankəndinə çatacaq.
“Heç kim  kəndi tərk etmək və ya evləri boşaltmaq barədə bir söz deməyib”.
Moderator.az xəbər verir ki, bunu  hayların “Aqavno” adlandırdığı Zabux  kəndinin qanunsuz “mer”i Andranik Çavuşyan “Joqovurd” qəzetinə müsahibəsində çərənləyib.
“Hər gün azərbaycanlıların yeni yolda necə işlədiyini görürük, amma bizə heç nə deyilməyib. Onlar  desələr də, biz evimizdən heç hara çıxmayacağıq. Bilirlər ki, desələr də, silaha sarılacağıq, burada qalacağıq. Qoy, daha yaxşı yeni yol çəksinlər… Bizi buradan  çıxarmaq asan olmayacaq”- deyə A.Çavuşyan həyasızcasına əlavə edib.
“Yuxarıda adı çəkilən yolun istismarından sonra Laçının taleyinin necə olacağı yaxın vaxtlarda bəlli olacaq. Bir şey aydındır: müvafiq orqanlar, məmurlar və ümumiyyətlə, Ermənistan vətəndaşları yuxudan yalnız hər şey bitəndən sonra oyanacaqlar”- erməni qəzeti belə yazır.
Zəruri arayış və xatırlatma: 
Zabux kəndi hazırda Laçın rayonunun bilavasitə “Laçın dəhlizi” adlanan hissəsində -Zabux çayının sahilində, Qarabağ yaylasında yerləşir. Bəzi məlumatlara görə, əvəllər bu ərazidə Sus -Zabux adlı başqa kənd də olub.  
Toponimin mənşəyi haqda ehtimal:
XIX əsrdə, yəni  Çar Rusiyası dövründə  rusların çəkdiyi  Şuşa-Gorus yolunun döngəsində poçt dayanacağı olmuş və mövqeyinə görə  ruslar bu yaşayış məntəqəsini  “Za buqrom”(təpənin arxasında)  birləşməsinin əsasında  qısaca “Zabuq” adlandırmışlar.  Sonradan bu söz Azərbaycan tükcəsindəki tələffüzünə uyğunlaşaraq “Zabux” şəklinə düşüb. Yeddi cildlik Azərbaycan tarixində yazıldığına görə, Ermənistan işğalı dövründə Zabuxda başçısı Zeylan Öcalan olan “Kürd konqresi” terrorçu qrupu yerləşdirilmişdir (Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941-2002-ci illər). Bakı. “Elm”. 2008. səh. 268)…
Yarandığı gündən  kənddə bir erməni də yaşamayıb. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Son məlumatlara görə, Zabuxun didərgin azərbaycanlı əhalisinin sayı 800 nəfərə yaxındır…
2013-2017-ci illərdə Livandan olan olan erməni sahibkarlarının dəstəyi ilə Zabux kəndi ərazisində 50-yə yaxın müasir tipli kənd evindən ibarət  “Ariavan” adlı yeni yaşayış kompleksi tikilib…
10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmasına əsasən  kənd  artıq 1 il 6 aydan çoxdur ki, Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin nəzarətindədir. Həmin kontingentin Azərbaycanın Ermənistanla rəsmi dövlət sərhədindəki 1 nömrəli postu məhz Zabux kəndində yerləşir…
XX əsrin əvvəlində xalq qəhrəmanı Sultanbəy tərəfindən tayqulaq erməni generalı Andranikin qoşununun darmadağın edildiyi Zabux kəndində sanki Azərbaycanın acığına hələ 2011-ci ildə Suriyanın Əl-Kamışlı şəhərindən  qeyri-qanuni olaraq köçürülmüş və kəndə qanunsuz “mer” təyin edilmiş tayqulaq sələfinin adını daşıyan Andranik Çavuşyan adlı erməni irqçi və revanşist çıxışlar edir, bu kəndin “onların vətəni” olduğunu və “buradan çıxmayacaqları”nı söyləyir. Ötən ilin yazında o, Zabux kəndində terrorçu, faşist Qaregin Njdeyə heykəl qoymağa hazırlaşmasından da danışıb. 2021-ci ilin dekabrında Zabuxda Ermənistanın “Genezis Armenia” şirkətinin maliyyəsi hesabına yeni çörək sexi açılıb. Bu il aprel ayının 23-də qondarma erməni “soyqırımı”nın “107-ci ildönümü” ərəfəsində Azərbaycanın bu kəndindəki ermənilər  üzdəniraq “məşəl yürüşü” də keçirib.  Bundan əlavə,  Zabuxda erməni Pasxa bayramının özü və ondan öncəki bazar günü keçirilən “Tsaxkazard”  adlanan bayram da qeyd edilib və bunlara aid foto və video-görüntülər də yayılıb…  Mayın 17-də isə erməni saytlarının yaydığı məlumata görə, Zabuxun qanunsuz “meri”  Andranik Çavuşyan guya Azərbaycan tərəfinin Laçın rayonunun Güləbird kəndindəki SES-dən digər kəndlərə çəkilən elektik xətlərinin Zabux ərazisindən keçməsinə imkan verməyib və danışıqlardan sonra elektrik dirəkləri kənddən 8,5 km aralıda basdırılmağa başlanıb…
Son məlumatlara görə, hazırda Zabux kəndində qanunsuz olaraq 90-a yaxın erməni məskunlaşıb. Laçında qeyri-qanuni məskunlaşmış ermənilərin uşaqları da bu kənddəki məktəbdə təhsil alır…
Zabux kəndində işğaldan öncəki tarix boyu bir erməni də yaşamayıb…
Bir daha xatırladaq ki, 1919-cu ilin yazında məhz Zabux kəndi ərazisində, “Zabux dərəsi” deyilən bu yerdə xalq qəhrəmanı Sultanbəy  tayqulaq erməni sərkərdəsi Andranikin on minlərlə ermənidən ibarət qoşununu darmadağın etmiş, Andranik  özü isə biabırçı şəkildə arvad paltarı geyinərək aradan çıxa bilmişdir. Onun qulağını hələ Osmanlı ordusunda xidmət etdiyi zaman ruslara yardım göstərərək xəyanət etdiyinə görə bir türk paşası  kəsib…