Aktual

BMT-nin Baş katibi: “Ukraynada ümumi atəşkəs mümkün deyil”

BMT-nin Baş katibi: “Ukraynada ümumi atəşkəs mümkün deyil”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT Ukrayna ilə bağlı humanitar təşəbbüslərlə Rusiyaya müraciət edib”.

Bunu jurnalistlərə BMT-nin baş katibi Antoniu Quterreş deyib.

Onun sözlərinə görə, qurum təkliflərlə bağlı Rusiyadan cavab gözləyir. Təkliflər arasında atəşkəs daxil olmaqla humanitar yardımın çatdırılması və mülki əhalinin evakuasiyası üçün dəhlizlərin yaradılması da var.

Quterreş hesab edir ki, hazırda Ukraynada ümumi atəşkəs mümkün deyil: “Mən humanitar səbəblərdən buna çağırıram”.

BMT-nin baş katibi deyib ki, Ukraynada insan haqlarının pozulmasından narahatdır, lakin hesab edir ki, ölkədə baş verənlərin soyqırım olub-olmaması məsələsi hələ də müvafiq beynəlxalq hüquqi strukturlar tərəfindən müəyyən edilməlidir: “Soyqırımı anlayışı beynəlxalq hüquqda ciddi şəkildə müəyyən edilib, biz müvafiq qurumların yekun hüquqi tərifinə arxalanırıq. Biz insan hüquqlarının pozulmasından, münaqişənin təsirindən dərin narahatıq. Bunun soyqırımı vəziyyəti olub-olmamasını isə aidiyyatı hüquqi qurumların öhdəsinə buraxacağıq. Beynəlxalq Cinayət Məhkəməsi artıq Ukrayna ilə bağlı araşdırma aparır”.