Aktual

Bordaçevdən erməniyə: Rusların Qarabağda “daimi” qalması…

Bordaçevdən erməniyə: Rusların Qarabağda “daimi” qalması…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstərdik, elə bir gün gəlsin ki, Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə və İran nümayəndələri bir masa arxasına oturub, “Qarabağdakı ermənilərə heç bir təhlükə yoxdur və burada heç vaxt müharibə olmayacaq” desin.

Axar.az xəbər verir ki, bu sözləri “Valday” beynəlxalq diskussiya klubunun proqram direktoru Timofey Bordaçev erməni jurnalist Aşot Safaryanın “Qarabağda rus sülhməramlıların müddətsiz qalmasını istəyirlər. Belə ssenari mümkündürmü?” sualına cavabında deyib.

“Şübhə yoxdur ki, Avropa Birliyinin (AB) fəaliyyəti Rusiya maraqlarına zərbə vurmağa yönəlib. Lakin bunu nəzərə almasaq, fikrimcə, bölgədə sülhün hansı proses daxilində hökm sürməsinin əhəmiyyəti yoxdur. Əsas nəticə budur. Əgər Brüsselin səyləri ilə bu əldə olunarsa, o zaman Allaha şükürlər olsun”, – deyə Bordaçev Safaryanın Brüsselin Rusiyaya qarşı siyasi fəaliyyəti ilə bağlı növbəti sualına cavabında deyib.