Aktual

Boris Conson: “Rusiya ilə münasibətlərin normallaşması 2014-cü ildəki səhvin təkrarlanması olar”

Boris Conson: “Rusiya ilə münasibətlərin normallaşması 2014-cü ildəki səhvin təkrarlanması olar”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərin normallaşması 2014-cü ildəki səhvin təkrarlanması olar”.

“Report” BBC-yə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson deyib.

“Bu, Rusiyanın Krımı işğal etdiyi vaxt dünyanın onunla dialoqu davam etdirdiyi zaman yol verilən səhvin təkrarlanması olar. İnanıram ki, mümkünsüz heç nə yoxdur. Amma indi Rusiya Prezidenti Vladimir Putinlə münasibətləri necə normallaşdıra biləcəyimizi başa düşə bilmirəm. İndi onun tövbə etməsi çox çətin olacaq. İnsan hüquqlarını, beynəlxalq hüququ kobud şəkildə pozub. O, tamamilə günahsız bir ölkəyə qarşı tamamilə barbarcasına hücumda günahkardır”, – Baş nazir söyləyib.

B.Conson, həmçinin dünya liderlərinə 8 il əvvəlki səhvin təkrarlanmaması barədə xəbərdarlıq edib.