Aktual

Borrel: “Ukraynaya silah tədarükünü sürətləndirmək lazımdır”

Borrel: “Ukraynaya silah tədarükünü sürətləndirmək lazımdır”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynaya silahların çatdırılmasını sürətləndirmək lazımdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.

Borrel deyib ki, o, Kiyevə silah tədarükünü Aİ-nin Hərbi Komitəsi ilə müzakirə edəcək.

Aİ diplomatiyasının rəhbərinin sözlərinə görə, silahları bir neçə gün ərzində ötürmək o qədər də asan deyil, bundan başqa, ukraynalılara onlardan necə istifadə etməyi öyrətmək lazımdır.

“Silahlar həlledicidir, sanksiyalar vacibdir, lakin sanksiyalar Donbasdakı döyüşün nəticəsini müəyyən etməyəcək”, – Borrel əlavə edib.

O, həmçinin xatırladıb ki, aprelin 11-də Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri Rusiya neftinin idxalına qadağa qoyulması məsələsini müzakirə edəcəklər.