Aktual

Böyük Britaniyanın müdafiə naziri Türkiyəyə səfər edəcək

Böyük Britaniyanın müdafiə naziri Türkiyəyə səfər edəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Türkiyəyə səfər edəcək.

 

7Times.az  bu barədə “Euronews”a istinadən xəbər verir.

 

Məlumata görə, səfər zamanı nazir Suriyadakı vəziyyət, İsveç və Finlandiyadan NATO-ya müraciətlər, həmçinin Ukraynadan taxıl ixracı məsələlərini müzakirə etməyi planlaşdırır.

Bundan əvvəl Uolles deyib ki, Böyük Britaniya Türkiyəni Odessa limanı vasitəsilə dəniz yolu ilə taxıl ixracı ilə bağlı istənilən sövdələşmənin mümkün təminatçısı hesab edir.

 

Müdafiə naziri İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı Türkiyənin narahatlığını dinləmənin vacibliyini bildirib.