Ölkə

“Bu, artıq dövlət səviyyəsində olan problemdir” – Elşad Miri şəriət dövləti qurmaq istəyənlərdən danışdı

“Bu, artıq dövlət səviyyəsində olan problemdir” – Elşad Miri şəriət dövləti qurmaq istəyənlərdən danışdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq bir müddətdir ki, din pərdəsi altında ölkədə təxribat yaratmaq istəyən şəxslər tərəfindən  Azərbacanda şəriət dövlətinin qurulması ilə bağlı fikirlər səsləndirilir. Arzu edilən “dövlət” formasının isə hansı şəkildə təşkil olunması müəmma olaraq qalır.

Maraqlıdır, Azərbaycanda dini dövlətin qurulması mümkündürmü və bunun fəsadları nə ola bilər?

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı danışan ilahiyyatçı Elşad Miri ölkəmizdə dini dövlət modelinin qurulmasını böyük təhlükə adlandırıb:

“Bu gün Azərbaycanda əhalinin 60 faizi bir məzhəbə bağlı olaraq İrandakı, yaxud  İraqdakı dini rəhbərə təqlid edirsə, onlar təbii olaraq dini dövlətin qurulmasını istəyəcəklər. Hazırda gedən tendensiyada mən o təhlükəni hiss edirəm. Kənardan bəlkə də bu, bilinmir. Məsələn, Dini Qurumlarla İş üzrə  Dövlət Komitəsinə kitabımla bağlı müraciət edəndə mənə demişdilər ki, camaatı niyə oyadıram? Onlar üçün oyanmayan insanı idarə etmək çox rahatdır. Bu gün İslam dövləti anlayışını İranla əlaqləndirirlər. Bu təhlükəni görməmək mümkün deyil. Bu, artıq dövlət səviyyəsində olan problemdir və bu problemə müəyyən yanaşma, alternativ düşüncələrə şərait yaradılmasını görmürəm”.