Ölkə

Bu ərazidə giriş-çıxışa qoyulan qadağa ləğv edildi

Bu ərazidə giriş-çıxışa qoyulan qadağa ləğv edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xüsusi karantin rejimi dövründə 1 dekabr saat 06:00-dək Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndlərinə giriş-çıxışa qoyulan qadağa ləğv edilib.

7times.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına etdiyi dəyişiklikdə əksini tapıb.

Operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Lənkəran şəhərinə giriş-çıxışa qoyulan qadağa isə qüvvədə qalıb.

Eyni zamanda,  operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, 1 dekabr saat 06.00-dək Quba rayonunun inzibati ərazisinə giriş-çıxışa qadağa qoyulub. Bundan önсə giriş-çıxışa qoyulan qadağa yalnız Quba şəhəri və rayonun Rustov və Zərdabi kəndlərinə giriş-çıxışa qadağa qoyulmuşdu.

Bu qərar 2020-ci il 7 noyabr saat 00:00-dan qüvvəyə minir.