Sosial

Bu ərazilərdə suyun verilməsində məhdudiyyətlər yaranıb

Bu ərazilərdə suyun verilməsində məhdudiyyətlər yaranıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Yasamal və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

7times.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, Bakı Sukanal İdarəsinin qəza briqadası əraziyə cəlb olunub və qəzanın aradan qaldırılmasına başlanılıb.