Aktual

“Bu əraziləri geri qaytarmaq çətin olacaq” – Ruslar geri çəkilmək istəmir

“Bu əraziləri geri qaytarmaq çətin olacaq” – Ruslar geri çəkilmək istəmirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2014-cü ildə işğal olunmuş Donbas və Krımda Ukraynanın nəzarətini bərpa etmək Rusiyanın işğal etdiyi digər ərazilərə nisbətən daha çətin olacaq. Bunun səbəbi orada çoxlu sayda rusiyayönlü sakinlərin olmasıdır.

Moderator.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksey Melnik deyib.

Onun fikrincə, işğalçı ölkə ilə sərhəddə Ukraynaya tam nəzarətini bərpa etməyə cəhd edərkən də çətinliklər yarana bilər.

Donbas və Krıma gəlincə, Melnik söyləyib ki, yerli sakinlərin bir hissəsi Ukrayna müdafiə qüvvələrinə müqavimət göstərə bilər. Onun fikrincə, Rusiyanın diversiya qrupları hazırlayıb bölgədə yerləşdirmək ehtimalı da var.

Melkin qeyd edib ki, Krımla bağlı vəziyyət yarımadada çoxlu sayda hərbi təcavüzkar qüvvənin olmasına görə çətindir. Eyni zamanda Ukrayna ordusu dövlət sərhədinə çatdıqda ruslar atəşi intensivləşdirə bilər.

“Ukrayna qüvvələri Rusiya ərazisindən davamlı atəşə məruz qala bilər, ona görə də ərazilərin etibarlı nəzarətə götürülməsi məsələsi də problemlidir”, – Melnik bildirib.

Onun fikrincə, Rusiya ordusu daha böyük itkilər versə, tərəflər arasında razılaşma gerçəkliyə çevrilər, bu da nəzərdən qaçırılmamalıdır:

“Rusiya hansısa məqbul kompromis axtarışında danışıqlar masası arxasına oturmağa məcbur olsa, ən azı sərhədə nəzarəti bərpa edə bilərik”.