Ölkə

Bu gün və sabah Şuşada hava necə olacaq? – PROQNOZ

Bu gün və sabah Şuşada hava necə olacaq? – PROQNOZbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ETSN Milli Hidrometeorologiya Xidməti bu gün və sabah Şuşada gözlənilən hava şəraiti barədə proqnoz açıqlayıb.

7Times.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün Şuşada hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, arabir duman olacaq.

Havanın temperaturunun gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, axşam 2 dərəcəyədək şaxta təşkil edəcəyi gözlənilir.
Dekabrın 15-də isə Şuşada hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq, arabir dumanlı hava şəraiti müşahidə olunacaq. Temperatur gecə 3-5 dərəcə şaxta, gündüz 1dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.