Kriminal

İcra hakimiyyətində ƏMƏLİYYAT: Alimpaşa Məmmədov Bakıya gətirildi (YENİLƏNİB)

İcra hakimiyyətində ƏMƏLİYYAT: Alimpaşa Məmmədov Bakıya gətirildi (YENİLƏNİB)backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Alimpaşa Məmmədov Bakıya gətirilib.

7times.az Qafqazinfo-ya istinadən xəbər verir ki,  bu gün DTX əməkdaşları tərəfindən saxlanılan Şəmkir rayon İcra Hakimiyyətinin başçısı A. Məmmədovun qurumun inzibati binasında dindirildiyi bildirilir.

12:09

Şəmkir rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.

7times.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, əməliyyat nəticəsində icra başçısının sabiq birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və  Kommunal Müəssisələr Kombinatının rəisi Teymur Hacıyev saxlanılıb.

Qeyd edək ki, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun da saxlanıldığı bildirilir.

Əlavə məlumat veriləcək.