Aktual

“Bu məsələ ilə bağlı Zelenskiyə təzyiq etməyəcəyəm” – Bayden

“Bu məsələ ilə bağlı Zelenskiyə təzyiq etməyəcəyəm” – Baydenbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vaşinqton Rusiyaya ərazi güzəştləri etməsi üçün Ukraynaya təzyiq etmək fikrində deyil”.

Sfera.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden “The New York Times” qəzetindəki məqaləsində bildirib.

“Mən Ukrayna hökumətinə ərazi güzəştləri etməsi üçün təzyiq etməyəcəyəm. Nə açıq, nə də şəxsi söhbətlərdə. Bu, yanlış olardı və müəyyən edilmiş prinsiplərə zidd olardı”, – deyə Ağ Evin lideri bəyan edib.

C.Bayden Kiyev və Moskva arasında danışıqlar prosesinin dayandırılmasına görə məsuliyyəti də Rusiya Federasiyasının üzərinə qoyub. ABŞ liderinin sözlərinə görə, Birləşmiş Ştatlar Ukraynanın gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək və onun münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində səylərini dəstəkləyəcək.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin öz ərazilərini verməyi planlaşdırmadığını, lakin bu məsələ ilə bağlı çətinliklərin müzakirə olunmasını nəzərdən keçirə biləcəklərini açıqlamışdı.

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bildirmişdi ki, Qərb Kiyevdən “sülh naminə ərazinin bir hissəsini təslim etməyi” tələb edir.