Ölkə

“Bu məsələdə Gürcüstana uduzuruq” – Fazil Mustafa ŞİKAYƏT ETDİ

“Bu məsələdə Gürcüstana uduzuruq” – Fazil Mustafa ŞİKAYƏT ETDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təyyarə biletlərinin baha olması məsələsini dəfələrlə qaldırmışıq. Bu məsələdə Gürcüstana və digər ölkələrə uduzuruq”.

7times.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, turistlərin aldadılması məsələsinə diqqət yetirilməlidir: “Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməlidir. Turistlərin aldadılması ilə bağlı müddəa salınmalıdır. Turistlərin aldadılması məsələsi ən əsas problemlərdəndir. Turisti aldadan, dələduzluq edə şəxslər ciddi məsuliyyətə cəlb edilməlidir. Dəniz turizmi məsələsi də çox acınacaqlı vəziyyətdədir. Biz bəlkə də dənizdən istifadə etməyi bacarmayan yeganə xalqıq”.