Ölkə

Bu şəxslər 5 min manatadək cərimələnəcək

backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnsanların sağlamlığına zərər yetirən, əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışının və istifadəsinin qarşısının alınması istiqamətində qabaqlayıcı-profilaktik tədbirlər davam etdirilir.

7times.az axar.az-a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitləri və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, “Mülki Dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi haqqında” Azərbaycan Prezidentinin 12 sentyabr 2005-ci il tarixli fərmanına əsasən pirotexniki məmulatlar mülki dövriyyəsi məhdudlaşdırımış əşyaların siyahısına daxil edilib və onun dövriyyəsinə Fövqəladə Hallar Nazirliyinin tərəfindən verilən “xüsusi icazə” əsasında yol verilir:

“Pirotexniki məmulatların satışı aşkar olunarkən həmin vasitələr satışdan çıxarılır, satışı ilə məşğul şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati xəta tərkibi haqqında protokol tərtib olunaraq baxılması üçün səlahiyyətli orqana – məhkəmələrə göndərilir.

Qeyd olunan maddənin sanksiyasında inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə edilməklə fiziki şəxslər üçün 350 manatdan 500 manata qədər, vəzifəli şəxslər üçün 1 600 manatdan 2 500 manata qədər, hüquqi şəxslər 4 000 manatdan 5 000 manatadək məbləğdə inzibati cərimə nəzərdə tutulur.

Təhlükəsizlik standartlarına cavab verməyən bu vasitələr insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, tez alışan maddə olduqlarına görə ətrafa da ciddi ziyan vura bilərlər”.