Ölkə

Bu şəxslərə birdəfəlik müavinətlərin ödənilməsinə BAŞLANILDI

Bu şəxslərə birdəfəlik müavinətlərin ödənilməsinə BAŞLANILDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğaldan azad olunmuş ərazilərdə çalışan mütəxəssislərə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb.

7Times.az  apa-ya istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

O bildirib ki, bu ayın sonunda statistik məlumatlar açıqlanacaq.

Qeyd edək ki, həmin şəxslərə ödənilən birdəfəlik ödənişin məbləği 600 manatdır.

İşğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyən mütəxəssislər üçün dəstək tədbirləri

– Birdəfəlik müavinət (600 manat)

– Aylıq vəzifə maaşına əlavə

– Hər il 5 gün əlavə məzuniyyət

Xatırladaq ki, Əmək Məcəlləsinə əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan, azad edilmiş ərazilərimizdə əmək müqaviləsi əsasında işləyən işçilər aiddir.